Azərbaycanda fermerlərə 1,2 milyon manat sığorta ödənilib

Azərbaycanda 2023-cü ilin birinci yarısında fermerlər ümumilikdə 1,2 milyon manat sığorta ödənişi alıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verib.
"Bu ilin 6 ayında Kənd Təsərrüfatı Sığorta Fondu tərəfindən fermer və fermer təsərrüfatlarına 1,2 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib və bu məbləğ artır”, - məlumatda deyilir.
Qurumun məlumatına görə, son günlər hava şəraitinin kəskin pisləşməsi, leysan yağışları, dolu və daşqınlar nəticəsində fermerlərdən Aqrar Sığorta Fonduna (ASF) müraciətlərin sayı rekord həddə çatıb.
"Bu ilin əvvəlindən leysan və daşqınlardan zərər çəkmiş fermerlərdən 1000-dən çox sığorta hadisəsi ilə bağlı müraciət daxil olub", - məlumatda deyilir.
2022-ci ildə Kənd Təsərrüfatı Sığorta Fondu tərəfindən fermer və fermer təsərrüfatlarına 2,4 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















