• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə inflyasiya 38,2%-ə qədər azalıb

Türkiyədə inflyasiya 38,2%-ə qədər azalıb
05.07.2023 19:10
İyunda Türkiyədə inflyasiya 38,2%-ə qədər azalıb ki, bu da 2021-ci ilin dekabrından bəri ən aşağı göstəricidir. Bu barədə ölkənin statistika qurumu (TÜİK) məlumat yayıb. 

Türkiyədə iyunda inflyasiya  2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə, illik ifadədə 38,2% düşüb. 

Mayda ölkədə istehlak qiymətləri əvvəlki ilin eyni ayına nisbətən 39,6% bahalaşıb.

İyunda kommunal xidmətlərin qiymətlərinin artımı bir ay əvvəlki 20,7%-dən 14,8%-ə, nəqliyyat xidmətlərinin qiymətləri 23,7%-dən 21%-ə qədər azalıb. Mebel, məişət texnikası və tibbi xidmətlərin qiymətlərinin artım tempi də səngiyib.

Eyni zamanda, ərzaq məhsullarının qiymətləri 54% , yəni  son üç ayda ən çox (mayda 52,5%) bahalaşıb.

Ərzaq, enerji, tütün və qızıl xərclərini nəzərə almasaq, baza inflyasiyası iyunda bir ay əvvəlki 46,6%-dən 47,3%-ə yüksəlib.

Ötən ay Türkiyədə istehlak qiymətləri may ilə müqayisədə 3,92% artıb ki , bu da  son beş ayın ən yüksək göstəricisidir. 

Türkiyə Mərkəzi Bankı iki ildən artıq müddətdə ilk dəfə olaraq iyunda uçot dərəcəsini artırıb. Yeddi günlük REPO əməliyyatları üzrə faiz dərəcəsi dərhal 6,5 faiz bənd qaldıraraq 8,5 faizdən 15 faizə kimi artırıb. 

Türkiyə Mərkəzi Bankının yeni rəhbəri daha əvvəl Goldman Sachs Group Inc.-də, eləcə də First Republic Bank-da rəhbər vəzifələrdə çalışan Hafize Qaye Erkan olub. Erkan Türkiyə Mərkəzi Bankına rəhbərlik edən ilk qadındır.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol