OPEC Azərbaycana təşkilata üzv olmağı təklif edib

Azərbaycan OPEK-ə üzv olmaq məsələsini nəzərdən keçirmir.
Bu barədə jurnalistlərə ölkənin energetika naziri Pərviz Şahbazov məlumat verib.
"Prinsipcə, bu, yeni xəbər deyil, belə suallar qaldırılmalıdır. Amma hazırda biz bunu nəzərdən keçirmirik”, - o bildirib.
Çərşənbə günü OPEC Azərbaycana təşkilata üzv olmağı təklif edib. Bu, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Vyanada OPEC-in baş katibi Haysam Əl Qays ilə görüşündə baş verib.
Məlumata görə, OPEK-in baş katibi ilə müzakirələr zamanı dünya neft bazarının tarazlaşdırılması istiqamətində atılan addımlar və neft sənayesinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün tərəflərin iştirakı ilə dialoq və əməkdaşlıq mühitinin yaradılmasının zəruriliyi qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















