• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn turistlərin sayı artıb- RƏSMİ

Azərbaycana gələn turistlərin sayı artıb- RƏSMİ
23.08.2023 13:19
2023-cü ilin yanvar-iyulunda Azərbaycana 183 ölkəsindən 1 milyon 143,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Bildirilib ki, gələnlərin 32,8 %-i Rusiya Federasiyası, 18,2 %-i Türkiyə, 7,4 %-i İran, 4,9 %-i Hindistan, 4,7 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 2,4 %-i Qazaxıstan, 2,3 %-i Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla İsrail və Ukrayna, 1,4 %-i Belarus, 1,3 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5 %-ni kişilər, 29,5 %-ni qadınlar təşkil edib.

Ötən ilin 7 ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 % artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 % azalaraq 185,4 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,6 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
 
Yaxın 3 ildə yerli turistlərin illik sayının 6 milyona çatdırılması nəzərdə tutulub, bunu Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF 2023") açılış mərasimində söyləyib.

O bildirib ki, Azərbaycana gələn turistlərin sayı 2026-cı ilə qədər illik sayını 4 milyona çatdırmağı planlayır.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol