• $
  • €
  • ₽
  • ₺
  • £

Daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı 53 faiz artıb

Daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı 53 faiz artıb
28.08.2023 18:47
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 299 678 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 53,2% çoxdur.
7 aylıq göstəricinin 47 406-sı (15,8%) ilkin, 252 272-si (84,2%) isə təkrar qeydiyyatın payına düşüb.

Qeydiyyatı aparılan əmlaklardan 29 846-sı fərdi yaşayış və bağ evi, 53 408-i mənzil, 209 806-sı torpaq sahəsi, 1 815-i qeyri-yaşayış binası, 4 320-si qeyri-yaşayış sahəsi, 415-i əmlak kompleksi, 68-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 56 177-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Hesabat dövründə 245 855 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə bir il əvvələ nisbətən 61,2% çoxdur.

İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 17,3% artaraq 46 611 təşkil edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol