• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya Qarabağa görə Azərbaycanı iqtisadi əlaqələrə yenidən baxacağı ilə hədələyib

Almaniya Qarabağa görə Azərbaycanı iqtisadi əlaqələrə yenidən baxacağı ilə hədələyib
20.09.2023 14:46
Bundestaqın (Almaniya Parlamenti) Xarici Siyasət Komitəsinin sədri Mixael Rot (Almaniya Sosial Demokrat Partiyası) Almaniya hakimiyyətini Azərbaycan rəhbərliyinə Qarabağda hərbi əməliyyatın dayandırılmasının zəruriliyi barədə siqnal göndərməyə çağırıb. Tacc agentliyi bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə istinadan bildirib.

"Biz Bakıya aydın mesaj verməliyik ki, bu soyuqqanlı təcavüzü qəbul etmirik”, - Rot deyib. 
 
"Sözsüz ki, ticarət etdikləri ölkə hərbi gücə müraciət edərsə, bu, iqtisadi əlaqələrin nəzərdən keçirilməsini əhatə edir” deyə xəbərdarlıq edib. 
 
Deputatın fikrincə, "bütün regionda sülh, sabitlik və təhlükəsizliyi təhdid edəcək” yeni müharibə başlayarsa, işin adi qaydada aparılması mümkün olmayacaq.
 
Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann (Azad Demokrat Partiyası) da analoji aspektdə çıxış edib. O, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb: "Biz Bakıya aydın siqnal göndərməliyik. 
 
Azərbaycan Müdafiə Nazirliyi Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunduğunu açıqlayıb. 
 
Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda lokal antiterror əməliyyatına başlandığını elan edib .
 
Gülnar 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol