• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti gələn ilin büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verib

Nazirlər Kabineti gələn ilin büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verib
23.09.2023 15:15
Nazirlər Kabineti Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə də, gələn il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında layihəni Prezident İlham Əliyevə təqdim edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə Nazirlər Kabinetindən  xəbər verilib.

Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, layihələr "Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim ediləcək.

2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 milyard 578,1 milyon manat, xərclərinin isə 41 milyard 956,8 milyon manat olacağı gözlənilir. Bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 1,7 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 378,7 milyon manat kəsir yaranmalıdır. Xatırladaq ki, builki proqnoza görə, icmal büdcənin profisiti 1 milyard 790,3 milyon manat səviyyəsində olacağı gözlənilir.
2024-cü ildə dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,4 % və 0,7 % azdır. Son nəticədə dövlət büdcəsində 2 milyard 590 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,3 % azdır.

Azərbaycanın 2024-cü il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 60 ABŞ dolları götürülüb.

Azərbaycan hökuməti 2024-cü ildə ÜDM-in artımını 2,4 % səviyyəsində, 2027-ci ildə artım tempinin 3,6 %-dək sürətlənməsini proqnozlaşdırır. 2024-cü ildə Azərbaycanda ÜDM-in nominal həcmi 118,4 milyard manat, real artım 2,4 % təşkil edəcək. Həmçinin, 2024-cü ildə qeyri neft-qaz ÜDM-in artımı 4,6 % səviyyəsində proqnozlaşdırılır, baxmayaraq ki, neft-qaz sektorunda azalma 1,7 % təşkil edəcək.

2024-2027-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,9 % təşkil edəcək, həmçinin qeyri neft-qaz sektorunda 4,8 % səviyyəsində artım gözlənilir.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə orta illik inflyasiyanın 5,3 %-ə qədər azalmasını gözləyir. 2025-ci ildə orta illik inflyasiya 4,9 %, 2026-cı ildə 4,4 %, 2027-ci ildə 4,2 % səviyyəsində proqnozlaşdırılır.
2024-2027-ci illər üçün manatın dollara nisbətən məzənnəsi 1,7 AZN/$ səviyyəsində proqnozlaşdırılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azercell Biznes” müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
İqtisadiyyat 14:16
“Azercell Biznes” müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İqtisadiyyat 11:42
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
İqtisadiyyat 11:35
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
İqtisadiyyat 11:30
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
İqtisadiyyat 11:22
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 11:19
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
İqtisadiyyat 10:32
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol