• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il ən çox qaz Türkiyəyə ixrac olunub - Nazir

Bu il ən çox qaz Türkiyəyə ixrac olunub - Nazir
29.09.2023 12:42
2023-cü il Azərbaycan Türkiyəyə 7,4 milyard kubmetr qaz ixrac edib. Bunu energetika naziri Pərviz Şahbazov deyib. 
 
O bildirib ki, ilin sonuna kimi bu rəqəm 10,2 milyard kubmetr olacaq.  

"İndiyədək TANAP qaz kəməri ilə Türkiyəyə 24 milyard kubmetr qaz verilib. Bu ilin əvvəlindən Türkiyəyə ümumilikdə 7,4 milyard kubmetr qaz verilib ki, bunun da 4,2 milyard kubmetri TANAP vasitəsilə verilir. Bu ilin sonuna qədər Azərbaycan qazının Türkiyəyə ixracının ümumi həcmi 10,2 milyard kubmetrə çatacaq”, - Şahbazov cümə günü Naxçıvanda keçirilən III Azərbaycan-Türkiyə Enerji Forumu və "Naxçıvan - Yaşıl Enerji Zonası” beynəlxalq konfransında bildirib.
 
Dövlət Gömrük Komitəsinin son açıqlamasına görə, Azərbaycan bu il ən çox Türkiyəyə qaz ixrac edib. Belə ki, ixrac olunan qazın 42,1% Türkiyənin, 35,8% isə İtaliyanın payına düşüb.  
 
2023-cü ilin səkkiz ayında "Şahdəniz” yatağından Azərbaycan qazının ixracı 14 milyard 589,9 milyon kubmetr təşkil edib ki, bu da 2022-ci ilin 8 ayının göstəricisindən 8,4% çoxdur.
 
Sentyabrın 12-də energetika naziri Pərviz Şahbazov bildirib ki, 2023-cü ilin 8 ayında Azərbaycandan ixrac olunan qazın həcmi 7,6 milyard kubmetrə çatıb. 
 
Şahbazov bundan əvvəl, Bakı Enerji Forumunda çıxış edərək qeyd edib ki, Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi və Həmrəylik Halqası layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan qazını alan ölkələrin sayı 6-dan 10-a yüksələcək.

Nazir vurğulayıb ki, hazırda Azərbaycan əlavə qaz həcmlərinin əldə edilməsi üzərində işləyir və bununla bağlı bir neçə mənbə nəzərdən keçirilir.
 
Əvvəllər xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə (+39%) çatıb.

Azərbaycan Avropaya qaz nəqlinə 2020-ci il dekabrın 31-dən başlayıb. 2021-ci ildə tədarükün həcmi 8 milyard kubmetri ötübsə, 2023-cü ildə təqribən 12 milyard kubmetr təşkil edəcək. 2027-ci ilə qədər tədarüklərin həcmi ildə ən azı 20 milyard kubmetrə çatacaq.


Hazırda Avropada Azərbaycan qazını İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan əlavə, 2023-cü ilin sonuna qədər Azərbaycan qazı tədarük edə bilər.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol