• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ticarət dövriyyəsinin həcmi artıb

Bakıda ticarət dövriyyəsinin həcmi artıb
02.10.2023 11:24
2023-cü ilin səkkiz ayında paytaxtda ticarət dövriyyəsinin həcmi ötən illə müqayisəd 3,7% artaraq, 20372,8 milyon manat olub. Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Bildirilir ki, satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 11262,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2% artaraq 9110,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
 
2023-cü ilin birinci rübündə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 3 milyard 376,2 milyon dollar və ya ÜDM-in 18,9%-ni təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, yanvar-martda xarici ticarət dövriyyəsinin həcmi 12,3 milyard dollar təşkil edib və Azərbaycanın xarici ticarətində 4,7 milyard dollar (azalma 13,3%) müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsinin həcminin 12,1%-i MDB ölkələrinin, 87,9%-i isə qeyri-MDB ölkələrinin payına düşüb.

Həcmi 8 milyard 483,8 milyon dollar (artım 4,4 faiz) təşkil edən ixracın strukturunda neft və qaz ixracı 7,6 milyard dollar (artım 2,3 faiz) təşkil edib. Eyni zamanda, neftin birbaşa ixracı 4,2 milyard dollar, qazın ixracı 3,2 milyard dollar, neft məhsullarının ixracı isə 0,2 milyard dollar təşkil edib.
 
Aytac Zeynalova 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol