"Halal" ət məhsullarının istehsalı qadağan olunacaq"

«Azərbaycanda bəzi kolbasa istehsalçıları məhsullarının üzərinə «Halal» yazaraq, istehlakçılara yalan məlumat verirdilər. Biz də bununla bağlı qərar qəbul etdik».«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, artıq bundan sonra «Halal» ət məhsulları istehsal edən müəssisələr öz məhsullarını şəriət qaydalarına və «Halal» standartlarına uyğun istehsal edəcək. Əks halda, bu məhsulun istehsalı qadağan ediləcək. Komitə sədri qeyd edib ki, bununla bağlı Komitəyə artıq müraciətlər daxil olub: «Bu proses çox uzun çəkir və məsələ 3-5 günə həll oluna bilməz. Bu standartın verilməsi üçün Komitə əməkdaşları kolbasa və digər məhsulların istehsalını izləməlidirlər. Onların bu sahədə böyük təcrübələri var, xaricdə təcrübə keçiblər. Buna görə də Komitə artıq «Halal» standartının tətbiqinə başlamağa hazırdır». R.Həsənovun sözlərinə görə, artıq «Halal» brendli məhsullar istehsal edən bütün müəssisələr «Halal» standartının alınması üçün Komitəyə müraciət edib: «Hazırda onların müraciətinə baxılır». ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















