Azərbaycanda elektrik enerjisinin ixracı artıb

2023-cü ilin yanvar-sentyabrında elektrik enerjisinin ixracı 1 841,8 mln. kVt-saat saat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.
www.anews.az
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ötən ilin eyni dövründə Azərbaycan 1,8 mlrd. kVt-sat elektrik enerjisi ixrac edib.
Belə ki, ötən ilin 9 ayında elektrik enerjisinin idxalı 104,9 mln. kVt-saat təşkil edib.
Cari ilin yanvar-sentyabrında Azərbaycan 179,6 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da illik müqayisədə 71,2% çoxdur.
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb. Ötən il Azərbaycan 3 milyard kilovat-saatdan çox elektrik enerjisi ixrac edib, 137,1 milyon kilovat-saatdan çox elektrik enerjisi idxal edib.
Hesabat dövründə Azərbaycanın istilik elektrik stansiyaları (İES) 27 milyard kilovat-saatdan çox, su elektrik stansiyaları (SES) 1,5 milyard kilovat-saat, külək elektrik stansiyaları (KES) 83,3 milyon kilovat-saat, günəş elektrik stansiyaları (GES) 60,9 milyon kilovat-saat, bərk məişət tullantılarının emalı zavodunun İES-ləri 205,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər