• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın dəstəyi ilə “Heydər Əliyev: 100 Mühəndislik hakatonu” keçirildi

Kapital Bank-ın dəstəyi ilə “Heydər Əliyev: 100 Mühəndislik hakatonu” keçirildi
17.10.2023 16:06
Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik  yubileyinə həsr edilmiş Mühəndislik hakatonu keçirildi. Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində baş tutan intellektual yarışın açılış mərasimində tələbələr və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Açılış mərasimində çıxış edən Kapital Bank-ın Proqramlaşdırma üzrə funksional lideri Fariz Lətifov bu kimi intellektual yarışların gənclərin innovativ potensialının inkişafında rolundan danışdı. O, qeyd etdi ki, "Biz Kapital Bank olaraq texnoloji həllərin inkişafı istiqamətində aktiv fəaliyyət göstəririk. Bizim əksər bank xidmətlərimizi Birbank proqramı vasitəsilə əldə etmək mümkündür. Bu isə mühəndislərin sayəsindədir. Bu səbəbdən də bank olaraq mühəndislərin təhsilinə və inkişafına böyük önəm veririk. Bilirik ki, bu günün uğurlu tələbələri gələcəkdə bizim həmkarlarımız olacaq və bankımıza töhfə verəcəklər”. 

Daha sonra ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında yarışmaya start verildi. Yarışa qoşulan 30 komanda 3 mövzu üzrə biliklərini sınadı. "Ekologiya və ətraf mühit”, "Nəqliyyat və logistika”, "Texnologiya və innovasiya” istiqamətləri üzrə verilən tapşırıqlara komandalar maraqlı həllər təklif etdilər. Yaxın 1 həftə ərzində komandaların nəticələri elmi komitə tərəfindən müəyyən edilmiş kriteriyalar əsasında qiymətləndiriləcək və 21 oktyabrda baş tutacaq "Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan Gəncliyi” adlı tədbirdə 3 qalib komanda elan ediləcək. Qalib komandaların hər birinə 2500 AZN dəyərində mükafat təqdim olunacaq. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol