• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank müştəriləri pulu necə və harada yığır?

Unibank müştəriləri pulu necə və harada yığır?
20.12.2023 12:20
Bir ildən çoxdur ki müştərilərin istifadəsinə verilən "Unibank”ın "Topla” rəqəmsal məhsulu minlərlə bank müştərisini hədəfinə çatdırıb. UBank mobil əlavəsində "Topla” rəqəmsal məhsulunda pul toplamaq üçün onlayn depozit hesabı açanlar maraqlı hədəflər seçiblər.  İndiyədək "Topla” yaradan Unibank müştəriləri özlərinə 100 minə yaxın hədəf müəyyən edib. Bu müddətdə hədəfinə çatanlar yığdıqları vəsaitlə istəklərini reallaşdırıblar. 

Unibank müştərisi A.Məmmədov deyir ki, bank sektorunda ilk olan "Topla” rəqəmsal məhsulunu eksperiment kimi sınaqdan keçirmək üçün onlayn hesab açaraq vəsaitni ora qoyub: "Rəqəmsal depozitin şərtləri əvvəldən məlum olduğuna görə,  bilirdim ki müddətin sonunda nə qədər gəlir götürəcəm. Üstün tərəfləri odur ki, istədiyin vaxt hesab açıb vəsaitini qoya və istədiyin vaxt hesabı bağlayıb pulunu çıxara bilirsən. Mən pulu ev almaq üçün yığırdım. Ona görə də mənim üçün münasib qiymətə ev tapan zaman dərhal pulumu hesabdan çıxarmaq imkanının olması vacib idi.  "Topla” həm rahatdır, həm də təhlükəsizdir. Artıq ikinci hədəfim üzrə vəsait yığımına başlamışam”.

S. Əliyeva da "Topla”da ilk hesab açan müştərilərdəndir: " "Topla” məhsulu haqqında eşidən kimi onlayn depozit hesabı açdım. Həm yüksək bonus verir, həm də təhlükəsizdir. Bankda gedib depozit hesabı açmaqdan çox rahatdır. İstədiyin vaxt üzərinə pul əlavə edə, istədiyin vaxt onlayn daxılı sındırıb, vəsaiti götürə bilərsən. Mənim hədəfim maşın almaq idi,  "Topla” bu arzumu həyata keçirməyə kömək etdi”.

İ.Mədətovun fikrincə də, "Topla” maraqlı məhsuldur: " Mən yeni məhsul və xidmətləri sınamağı xoşlayıram. Bu məhsulu da sınamaq istədim. Filiala getmədən çox rahat hesab açmaq imkanı, cəlbedici faizi, istədiyin vaxt vəsait çıxarmağın mümkünlüyü, ən əsası da sığortalı olması diqqətimi çəkdi. Hədəfimin adını "Səyahət” qoymuşdum. Elə "Topla”da yığdığım vəsaitə də Yeni ili ailəmlə Avropada qarşılamaq üçün səyahət bileti aldım”. 

E.Abbaszadə isə özünə telefon almaq üçün "Topla”nı seçib: "Doğrusu, neçə vaxtdır özümə iPhone almaq istəyirdim. Amma pul yığa bilmirdim. "Topla” mənim həm də yığım bacarığımı formalaşdırdı. Məhsul haqqında eşidən kimi UBank-da onlayn depozit hesabı açdım. İmkan olduqca, hesabıma pul əlavə edirdim. Nəhayət bir ilin sonunda hədəfim olan pulu yığdım. Çox rahat məhsuldur. Üstəlik yuvarlaqlaşdırma funksiyasını da aktiv etmişəm, kart ödənişlərimdə müəyyən vəsait avtomatik bu hesaba köçür. Bu da hədəfə daha tez çatmağa imkan yaradır”.  

"Unibank”ın UBank mobil tətbiqində təqdim etdiyi, onlayn "Topla” məhsulu sizə hədəflərinizə çatmaq üçün pul yığmağa imkan yaradır. İstədiyiniz yerdə, istədiyiniz vaxtda onlayn daxılınıza minimal məbləğlə pul yığmağa başlaya və seçdiyiniz müddət ərzində hədəf məbləğinizi toplayaraq, əlavə faizlər qazana bilərsiniz. Onlayn depozit hesabınızdakı vəsait Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun sığortalanır.  

Məhsul haqda unibank.az saytından (https://unibank.az/az/deposits/view/2034/topla) daha ətraflı məlumat almaq olar.  

Unibank - Sənin Bankın!



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol