Azərbaycan xaricdən banan alışını azaldıb- STATİSTİKA

2023-cü ilin yanvar-oktyabrında Azərbaycan xarici ölkələrdən 30 milyon 366 min ABŞ dolları dəyərində 42 min 25 ton banan idxal edib. Bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə 2 260 ton və ya 5,1% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
2022-ci ilin yanvar-oktyabrında 31 milyon 684,7 min dollar dəyərində 44 min 285 ton banan gətirlib.
2023-cü ildə 1 ton bananın qiyməti 723 dollar, 2022-ci ildə isə 715 dollar olub.
Bananın 1 kiloqramının alış qiyməti 2023-cü il 1,23 manat, əvvəlki il isə 1,21 manat olub.
2022-ci ilin birinci rübündə Azərbaycan 15,15 min ton banan idxal edib, bu da 2021-ci ilin yanvar-mart göstəricisindən 12,8% çoxdur.
Banan Azərbaycana Ekvadordan idxal edilir.
Azərbaycanın bir ildə banan istehlakı 52 min tondur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















