56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib- NAZİR

Üç il ərzində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyin (İZİA) idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X” sosial şəbəkə hesabında bildirib.
"Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7 %-i (yəni 3,02 milyard manat) ixracın payına düşür”, - Cabbarov əlavə edib.
Hazırda Azərbaycanda 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və "Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 5 sənaye məhəlləsi (Hacıqabul, Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri) fəaliyyət göstərir. Mövcud sənaye zonalarında investisiya həcmi 7 milyard manatdan çox olan 138 sahibkarlıq subyekti rezidentlik statusu daşıyır.
İZİA-nın məlumatına görə, indiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisiyanın yatırılması, 6 min 700-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Sənaye zonalarında indiyədək, ümumilikdə, 11,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,6 milyard manatlıq hissəsi dünyanın 60-dan çox ölkəsinə ixrac olunub.
Bu gün İZİA-nın yaradılmasından 3 il ötür.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















