• $
  • €
  • ₽
  • ₺
  • £

“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib

“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib
05.02.2024 14:19
"Azercell”in dəstək olduğu "WikiTeam for ICT” layihəsi çərçivəsində "Wikipedia”ya İKT ilə bağlı azərbaycan dilində 600-dən çox məqalə daxil edilib

 "Azercell Telekom” MMC, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə həyata keçirdiyi "WikiTeam for ICT” layihəsi yekunlaşıb. 5 ay davam edən layihə çərçivəsində platformada azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib.   

Layihənin ilkin mərhələsində Azərbaycanda İKT üzrə şirkətlərin siyahısı hazırlanıb, daha sonra onların dəqiq fəaliyyət növü müəyyən edilərək, haqlarında dolğun məlumatlar bölgülər üzrə "Wikipedia” platformasında yerləşdirilib. Bu istiqamətdə "Wikipedia”da 4 dildə - azərbaycan, türk, rus və ingilis dillərində kateqoriya və siyahılar yaradılıb.  

"WikiTeam for ICT” in əsas məqsədi "Wikipedia” platformasında İKT yönümlü dövlət və özəl sektor iştirakçılarını bir araya gətirən ekosistemin qurulması idi. Layihə investor və şirkətlərin Azərbaycanın İKT ekosisteminə rahat çıxışının təmin olunması üçün mövcud sahədə faydalı kontentin yaradılması, internet resurslarında, xüsusən də "Wikipedia”da məqalələrin kateqoriyalar üzrə siyahılandırılmasında dəstəkçi rolunda çıxış edirdi. Bu tip layihələr axtarış və süni intellekt sistemlərində Azərbaycanın İKT ekosisteminin əlçatanlılığının təmin olunmasında mühüm rol oynayır. 









www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol