• $
  • €
  • ₽
  • ₺
  • £

Əmlakla bağlı arayışların verilməsi prosedurası asanlaşdırıldı

Əmlakla bağlı arayışların verilməsi prosedurası asanlaşdırıldı
24.02.2014 19:14
Martın 3-dən etibarən Azərbaycanda əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə etmək mümkün olacaq.Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Komitə vətəndaşlar, daşınmaz əmlak sahibləri və hüquqi şəxslərin nəzərinə çatdırır ki, dövlət başçısının fərmanı ilə bu il martın 3-dən etibarən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər. Eyni zamanda, daşınmaz əmlak obyektinə sərəncam vermə barədə notariat qaydasında təsdiqlənmiş müqavilənin daşınmaz əmlakın dövlət reyestrini aparan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına göndərilməsi elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində həyata keçiriləcək. Qeyd olunanları nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların nəzərinə çatdırır ki, martın 3-dən etibarən, yuxarıda göstərilən daşınmaz əmlakla bağlı xidmətlərdən istifadə üçün Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyinin qarşılıqlı qaydada təşkil etdiyi həmin xidmətlərin göstərilməsi üçün Bakı şəhəri, həmçinin digər şəhər və rayonlarda yerləşən notariat kontorlarına birbaşa müraciət etməlidir. Bu xidmət dövlət reyestrindən qeydiyyatdan keçərək çıxarış əldə edən əmlak sahiblərinə aid edilir. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol