Azərbaycan ABŞ-a şüşə ixracına başlayıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azerfloat” QSC ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (ABŞ) şüşə vərəqələrin ixracını həyata keçirib.
"Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında şüşə vərəqələrin istehsalını həyata keçirir. 2023-cü ildə "Azerfloat” QSC tərəfindən 52 milyon manatdan artıq məhsul satışı həyata keçirilib ki, bunun da təqribən 50%-lik hissəsi ixracın payına düşür. İstehsal olunan məhsullar Türkiyə, İrlandiya, Mərakeş, Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə "Made in Azerbaijan” brendi adı altında ixrac edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















