• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Astara terminalı istifadəyə verilib

Astara terminalı istifadəyə verilib
16.05.2024 18:05

"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi sayılan Astara terminalı istifadəyə verilib.Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
 
"Şimal-Cənub" dəhlizi üzrə əhəmiyyətli dərəcədə artmaqda olan yükaşırmaların daha böyük sürətlə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Astara rayonunda yerləşən yük həyətinin rekonstruksiya işlərini uğurla başa çatdırılıb və həmin ərazidə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən gömrük nəzarəti təşkil edilib.
 
Terminalda aparılmış rekonstruksiya işləri çərçivəsində yük anbarı müasir standartlara uyğun olaraq təmir edilib, əməliyyatların təhlükəsiz və dayanıqlı həyata keçirilməsi üçün zəruri texnikalarla təchiz olunub. Ərazi bütövlükdə tikanlı məftillərlə əhatələnib, 54 ədəd hərəkətli və stabil mühafizə videokamerası quraşdırılıb, tam işıqlandırma təmin edilib, 24 saat mühafizə qurulub və digər bütün təşkilati məsələlər həll edilib. Həmçinin qəbul edilən yüklərin çəkisinin müəyyən edilməsi üçün terminalda tərəzi quraşdırılıb.
 
5,5 hektar ərazidə yerləşən terminalda Dövlət Gömrük Komitəsi ilə birgə gömrük məntəqəsi yaradılıb, məntəqəyə sürətli internet xətti çəkilib, bütün lazımi avadanlıq və kompüterlər quraşdırılıb. Terminalda ekspeditor şirkətlərinə yeni xidmətlər paketi – multimodal daşıma servisləri təqdim olunur.
 
Gömrük nəzarəti altında terminala daxil olan yüklər aşırılaraq təyinatı üzrə sürətli şəkildə çıxarılır.
 
Terminalın əsas üstünlüklərindən biri də qəbul edilən yüklərin daşınması və aşırılması üçün yük sahiblərinə endirimli tariflərin tətbiq olunmasıdır.
 
İlkin hesablamalara görə, Astara Terminalının işə düşməsi Şimal-Cənub marşrutu üzrə tranzit yükdaşımaları cari ilin sonuna kimi 10-15%-ə qədər artırmağa imkan verəcək.
 
Hazırda qəbul edilən yüklər arasında ümumi dövriyyənin təqribən 40 faizini təşkil edən taxta yükləri əsas paya sahibdir. Taxıl və taxıl məhsulları 35 faiz göstərici ilə ikinci ən çox qəbul edilən yük növüdür.
 
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə multimodal daşıma xidmətləri bu günə kimi yalnız ADY-nin İran İslam Respublikasının Astara şəhərində fəaliyyət göstərən terminalında həyata keçirilirdi. Bu terminalın tikintisi barədə saziş 2017-ci ildə imzalanıb, terminalda yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir. Terminalda inşaat işlərinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.
 
İran ərazisindəki Astara-Rəşt dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra hər iki Astara Terminalı vasitəsilə qəbul edilən tranzit yüklərin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
 
İran ərazisində 2018-ci ildən fəaliyyət göstərən Astara Terminalında "Astara Terminal” MMC tərəfindən 2018-2023-cü illərdə 2,5 milyon tondan çox yük aşırılıb. Bu dövr ərzində aşırılan yüklərin illik həcmi 3 dəfədən çox artıb – 2018-ci ildə 211 789 tondan 2023-cü ildə 692 402 tona çatıb. 2023-cü ildə qeydə alınan rəqəmlər 2022-ci illə müqayisədə 48 faiz çox olub. 2024-cü ilin dörd ayında isə bu terminalda 284 688 ton yük aşırılıb, nəticədə 2023-cü ilin analoji dövrünə nisbətən 14 faiz artım qeydə alınıb.
 
ADY-nin tranzit yük daşımaları 2024-cü ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 2 milyon 517 min tona çatıb. Analoji dövrdə Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi ötən ilin dörd ayı ilə müqayisədə 29 faiz artaraq 260 min ton olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
İqtisadiyyat 16:11
SOCAR və MVM 2026-dan qüvvəyə minəcək qaz sazişi ilə enerji tərəfdaşlığını genişləndirir
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
İqtisadiyyat 14:55
Azərbaycanda 11 ayda 57 milyard manatlıq sənaye məhsulu istehsal edilib
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
İqtisadiyyat 14:14
On bir ayda əsas kapitala nə qədər investisiya qoyulub?
Orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 13:52
Orta aylıq əməkhaqqı artıb
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
İqtisadiyyat 13:24
Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu
İlin son faizini qaçırmayın!
İqtisadiyyat 13:19
İlin son faizini qaçırmayın!
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
İqtisadiyyat 13:11
ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -SİYAHI
İqtisadiyyat 12:45
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -SİYAHI

100-dən artıq Türkiyə şirkəti Qarabağda layihələrdə iştirak üçün müraciət edib- Tural Hacılı
İqtisadiyyat 12:05
100-dən artıq Türkiyə şirkəti Qarabağda layihələrdə iştirak üçün müraciət edib- Tural Hacılı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol