Dəmir yolu ilə yükdaşımaların həcmi 11 % artıb

2024-cü ilin yanvar-mayında Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommersiya departamentinin müdiri Məmməd Həmidov "Translogistica Caspian" sərgisi çərçivəsində keçirilən "Orta Dəhliz: perspektivlər və çağırışlar" adlı panel müzakirələrində deyib.
O bildirib ki, dəmiryolu ilə daxili yükdaşımalarda da 6% artım olub.
.
Cari ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,8 milyon tondan çox tranzit yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Son 1 ildə ADY-nin ölkə daxilində yükdaşımaları isə 6 % artaraq 0,8 milyon tonu keçib.
Mayın 9-10-da Ankarada keçirilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) iclası çərçivəsində 5 milyon 350 min ton yükün Azərbaycan üzərindən tranzit daşınması sifarişi verilib.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















