• $
  • €
  • ₽
  • ₺
  • £

Macarıstan Azərbaycanın "Şahdəniz" qaz yatağında 5% pay alıb

Macarıstan Azərbaycanın "Şahdəniz" qaz yatağında 5% pay alıb
05.06.2024 18:32

Macarıstanın dövlət enerji şirkəti  MVM Azərbaycanın Şahdəniz qaz yatağında 5% pay alıb. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

"5 iyun 2024-cü il tarixində "Cənub Qaz Dəhlizi" QSC ("SGC”) və Macarıstan Respublikasına məxsus olan MVM Group arasında Azərbaycan Respublikası ərazində yerləşən "Şahdəniz" qaz-kondensat yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişində SGC-nin 5% iştirak payının və "Şahdəniz" qaz-kondensat yatağından hasil olunan təbii qazın marketinqi və satışının həyata keçirilməsi məqsədilə yaradılmış Azerbaijan Gas Supply Company Limited ("AGSC") SGC-nin 4% səhminin satılmasına dair Alqı-satqı sazişi imzalanmışdır. Saziş Bakı Enerji Həftəsində bağlanıb”, - məlumatda deyilir.

Dənizə çıxışı olmayan Macarıstan, 2022-ci ildə Ukraynanın Rusiya tərəfindən işğalından sonra da təbii qazı əsasən Rusiyadan idxal etməkdə davam edib. 

Bu qaz yatağında payın əldə edilməsi "bizə (Macarıstan) enerji qiymətlərindəki böyük dalğalanmalardan qorunmağa imkan verəcək”, - Macarıstanın xarici işlər naziri Peter Siyarto bu gün Bakıda azərbaycanlı həmkarı ilə satınalmanı elan edən birgə mətbuat konfransında bildirib.

"Çünki Azərbaycan bizim enerji təchizatında yeni oyunçudur, bu vəziyyət bizə daha sabit enerji təchizatı, enerji təchizatının daha çox təhlükəsizliyi təmin edir”, - MVM-in bəyanatında bildirilib. 

Şahdəniz yatağı illik 29 milyard kubmetr (bcm) hasilatı ilə dünyanın ən böyük təbii qaz yataqlarından biridir.
Payın həcmi Macarıstana illik 1,5 milyard kubmetr təbii qaz tədarükü etməyə imkan verəcək. 

Macarıstan 2021-ci ildə imzalanmış 15 illik müqavilə çərçivəsində Rusiyadan ildə 4,5 milyard kubmetr qaz alır.

Bunu Macarıstan hökumətinin nümayəndəsi X sosial şəbəkəsində qaz yatağındakı payın "Macarıstanın qaza olan tələbatının əhəmiyyətli hissəsini təmin etdiyini” elan etdikdən sonra bildirib.

Siyarto əlavə edib ki, Macarıstan da bu il ilk dəfə olaraq Azərbaycandan 50 milyon kubmetr təbii qaz alır.


N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol