• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib

Yelo Bank-da ESG mövzusunda tədbir keçirilib
01.07.2024 10:14
Hazırda ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsipləri bütün dünyanın, o cümlədən ölkəmizin diqqət mərkəzindədir. Bu məqsədlə Yelo Bank AmCham Azərbaycanın Bank, Maliyyə və Sığorta (BFI) Komitəsinin təşkilatçılığı ilə ESG mövzusuna həsr olunmuş tədbirə ev sahibliyi etdi. "Dayanıqlı Maliyyə: ESG prinsiplərinin maliyyə sahəsində tətbiqi” başlığı ilə keçirilən tədbir bank, maliyyə və sığorta təşkilatlarında çalışan mütəxəssisləri bir araya gətirdi. Yelo Bank-ın İdarə heyətinin sədr müavini və AmCham BFI Komitəsinin sədri Günay Cəlilova tədbirin açılış nitqini edərək iştirakçıları salamladı və müzakirələrin gündəliyi haqqında qısa məlumat verdi. Tədbirdə ESG üzrə qlobal ekspert Deniz Erkus, IFC-də ESG məsləhətçi qrupunun rəhbəri Boris Janjalia, BMT-nin rezident əlaqələndirici ofisinin iqtisadçısı Hürşid Rüstəmov və Azərbaycan Mərkəzi Bankının baş iqtisadçısı Səmra Talışinskaya-Abbasova spiker qismində çıxış ediblər. 


Hər bir spiker ESG prinsiplərinin biznes strategiyasında əhəmiyyəti, davamlı maliyyə alətlərinin tətbiqi, o cümlədən qlobal təcrübə və gələcək planlar haqqında individual təqdimatlarla çıxış etdilər. Tədbir çərçivəsində keçirilən paneldə Deniz Erkusun moderatorluğu altında spikerlər mövzunun davamını birlikdə müzakirə etdilər. Tədbirin iştirakçıları sual-cavab sessiyası zamanı spikerlərlə fikir mübadiləsi aparmaq imkanına sahib oldular. Qeyd edək ki, bu tədbir Yelo Bank, AmCham Azərbaycan, BMT Azərbaycan və Azərbaycan Mərkəzi Bankının birgə tərəfdaşlığı ilə həyata keçirilib.
 
Yelo Bank-ın tədbirdə göstərdiyi təşəbbüsdə əsas məqsədi yerli və xarici ekspertləri bir araya gətirməklə ESG və dayanıqlı maliyyə üzrə mühüm mövzuların müzakirəsi nəticəsində növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.
 
İpoteka kalkulyatoru, onlayn ipoteka sifarişi və güzəştli ipoteka haqqında suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.


Yelo Bank – Parlaq bankçılıq!


http://


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol