• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-ın dəstəyi ilə daha bir forum keçirilib

Yelo Bank-ın dəstəyi ilə daha bir forum keçirilib
19.07.2024 15:31
Gənclərin aktiv dəstəkçisi Yelo Bank növbəti mötəbər tədbirə ev sahibliyi edib. Bankın və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin, "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə "Karyerada Biz" forumu keçirilib.
 
300-dən çox gəncin iştirakı ilə reallaşan forumda Yelo Bank-ın, gənclər təşkilatlarının və müxtəlif qurumların info-stendləri yer alıb. Burada iştirakçılar karyera imkanları, aktiv vakansiya elanları və gəncyönümlü layihələr barədə ətraflı məlumat əldə ediblər. Gənclər həmçinin, Yelo Bank-ın baş ofis binasının şəraiti və interyeri ilə tanış oldular.
 
Tədbirin rəsmi hissəsində öz ilhamlandıran karyera hekayələri ilə spikerlər çıxış edib, gənclərə dəyərli tövsiyələrini verdilər. Spikerlərdən biri kimi Yelo Bank-ın İşəqəbul şöbəsinin meneceri Aygün Məhərroma-Kazımova öz faydalı təqdimatı ilə iştirakçıların marağına səbəb olub. Təqdimatda o, uğurlu müsahibə üçün ipucuları, düzgün və əhatəli CV-nin hazırlanma qaydaları ilə bağlı real nümunələr əsasında biliklərini bölüşdü. Çıxışının sonunda təşkil olunan "mock interview” sayəsində iştirakçılar iş müsahibələrində tez-tez buraxılan səhvlər və STAR metodikası ilə tanış ola bildilər. Tədbirin sonunda bütün iştirakçılar sertifikatla təltif olundular.
 
Xatırladaq ki, Bank bundan qabaq "Gənclərin Maarif­ləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "KaryeramIZ” forumuna da ev sahibliyi etmişdi. Yelo Bank Korporativ Sosial Məsuliyyət layihələrini ərsəyə gətirərkən gənclərin fərdi inkişafı və işgüzarlıq qabiliyyətinin artırılmasına xüsusi diqqət edir. İl sonunadək Bankın təşəbbüsü ilə cəmiyyətimizə daha çox fayda verəcək digər layihələrin də həyata keçirilməsini planlaşdırır.

Bank xidmətləri (https://www.yelo.az/az/business/loans/micro-loans/) ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol