• $
  • €
  • ₽
  • ₺
  • £

Bir depozit, bir ağac: Birbank-la yaşıl dünyaya öz töhfəni ver

Bir depozit, bir ağac:  Birbank-la yaşıl dünyaya öz töhfəni ver
15.10.2024 15:31
Ölkənin ilk rəqəmsal bankı Birbank Yaşıl dünya naminə həmrəylik ilində "Yaşıl depozit” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində oktyabr ayının sonunadək Birbank tətbiqində depozit yerləşdirən hər kəs qazanc əldə etməklə yanaşı, təbiətə də töhfə vermiş olacaq.
 
Belə ki, rəqəmsal depoziti seçən 18 yaşına çatan hər bir müştərinin adına bir ağac əkiləcək. Bundan əlavə həmin müştərilərə bu xoş addım üçün elektron sertifikat təqdim ediləcək. Layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Kampaniyanın həyata keçirilməsində məqsəd təbiəti qorumaq və yaşıl dünya naminə yeni başlanğıclara imza atmaqdır. "Yaşıl depozit”i seçən müştərilər həm rəqəmsal bankçılığın üstünlüklərindən faydalana, həm də gələcək nəsillərə daha yaşıl dünya miras qoya bilərlər.
 
Xatırladaq ki, kamaniyaya qoşulmaq üçün depozit faizlərini müddətin sonunda almaq şərti ilə ən azı 500 manat olmaqla 6, 12 və 18 aylıq müddətdə depozit yerləşdirmək kifayətdir. Kampaniya 31 oktyabr tarixinədək keçərlidir.
 
Ətraflı məlumat üçün: https://b-b.az/ydd

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol