• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir

Bakıda ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
23.10.2024 09:28
Bu gün Bakıda "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan Mikromaliyyə Konfransı keçirilir.

Bu dəfə tədbir "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda təşkil olunub.


Konfransda Assosiasiyanın Müşahidə Şurasının sədri Cəlal Əliyev, icraçı direktoru Jalə Hacıyeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azər Əmiraslanov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Prezidenti, Məmməd Musayev, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Azərbaycan Mərkəzi Bankının Baş direktoru, Toğrul Əliyev, Asiya İnkişaf Bankının ölkə direktoru, Sunniya Durrani-Camal, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin Prezidenti, Zakir Nuriyev, Polşa Mikromaliyyə Mərkəzinin Müşahidə Şurasının sədri Arçil Bakuradze iştirak edir.


Tədbirdə "Mikromaliyyə mühiti: Azərbaycan və qlobal təcrübə", "Mikromaliyyə təşkilatlarında rəqəmsal transformasiya və texnologiyalar", Rəqəmsal mikromaliyyədə kibertəhlükəsizlik çağırışları", "Mikromaliyyədə risklərin idarəetməsi" və "Maliyyəyə çıxış imkanları: İnvestorların rolu və maliyyə inklüzivliyi landşaftı" mövzularına həsr olunan panel-müzakirələr keçiriləcək. Müzakirələrin məqsədi Azərbaycanda mikromaliyyənin mövcud vəziyyətini araşdırılmaq və onu qlobal tendensiyalarla müqayisə etmək, həmçinin rəqəmsal texnologiyaların mikromaliyyə əməliyyatlarına inteqrasiyasını və rəqəmsal mikromaliyyə landşaftında məlumat təhlükəsizliyinin təmin ermək, riskləri müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq üçün həlli yolları müəyyən etmək və maliyyə inkiluzivliyinin formalaşmasına töhfə verməkdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol