Bakı-Balakən-Bakı qatar marşrutu işə salınacaq

"Azərbaycan Dəmir Yolları" 2024-cü ilin sonuna kimi QSC Bakı-Balakən-Bakı istiqamətində sürətli qatar marşrutu açmaq niyyətindədir. Bu barədə qurumun rəhbəri Rövşən Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, Balakən istiqamətində yol köhnə olduğundan yenidən salınır.
"Məsafə uzaq olduğundan Balakən istiqamətində işləyəcək qatarda yataq tipli vaqonlardan istifadə olunacaq. Köhnə nəsil yataq tipli vaqonlar nisbətən müasirləşdirilməlidir”, - Rüstəmov deyib.
Azərbaycan dəmir yollarının ümumi uzunluğu 3 min kilometrdir. Bunun 70%-i istismara yararlıdır.
ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.
Ölkədə dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-sentyabrında 6 milyon sərnişin daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.
Azərbaycanda dəmir yolu ilə 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşınıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















