• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin strukturu təsdiqləndi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin strukturu təsdiqləndi
30.01.2014 23:54

Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ( “AXDG” QSC) Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərar verib.

“APA-Economics”in xəbərinə görə, Nizamnamədə qeyd edilir ki, “AXDG” QSC üzərində Azərbaycanın dövlət gerbi təsvir edilmiş və cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, bayraq, emblem, loqotip və digər fərqləndirici nişanlara, habelə xüsusi geyim formasına malikdir. Dövlət “AXDG” QSC-nin öhdəlikləri üçün cavabdeh deyil və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır. “AXDG” QSC də dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə görə cavabdeh deyil. Cəmiyyətin əsas məqsədləri yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılmasından, dənizdə həyata keçirilən neft-qaz və digər layihələrdə daşıyıcı, eləcə də ticarət gəmiçiliyinin fəaliyyət növləri üzrə xidmətlərin davamlı surətdə göstərilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin və elmi-texniki innovasiyaların tətbiqindən, yerli və xarici fiziki və hüquqi şəxslərə yüksəkkeyfiyyətli və rəqabətə davamlı xidmətlərin təqdim olunmasından və gəlir əldə edilməsindən ibarətdir. “AXDG” QSC-nin fəaliyyət istiqamətlərindən biri də dövlət sirrinin və qanunla məxfi hesab olunan informasiyanın qorunmasının təmin edilməsi və ona riayət edilməsinə nəzarət olunmasıdır. Cəmiyyətin nizamnamə kapitalı 383 420 621 manat olub onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 383 420 621 ədəd adi səhmlərdən ibarətdir. “AXDG” QSC-nin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır. İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin sədri, Cəmiyyət sədrinin birinci müavini və 5 sədrin müavinindən ibarətdir. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir. Cəmiyyətin sədrini və onun müavinlərini (İdarə Heyəti) Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Cəmiyyətin sədrinin (Cəmiyyətin sədri olmadıqda, onun birinci müavininin) səsi həlledicidir. “AXDG” QSC-nin strukturu da müəyyənləşib. “AXDG” QSC-nin strukturuna Cəmiyyətin aparatı, törəmə müəssisələri, Azərbaycan Dövlət Dəniz Akademiyası, “Dənizçi” yardımçı kənd təsərrüfatı müəssisəsi, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu, “AXDG” QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr), Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, “Bibiheybət” Gəmi Təmiri Zavodu. “Zığ” Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi, Sosial İnkişaf İdarəsi, “AXDG” QSC-nin ayrıca bölmələri (filial və nümayəndəlikləri), “AXDG” QSC-nin Türkiyə, Qazaxıstan, İran, Türkmənistan və Ukraynadakı nümayəndəlikləri daxildir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol