• $
  • €
  • ₽
  • ₺
  • £

Daşınmaz əmlakın qeydiyyatı sadələşdirilir - Azərbaycanda

Daşınmaz əmlakın qeydiyyatı sadələşdirilir - Azərbaycanda
30.01.2014 21:14

Yaxın zamanda Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində verilməsi xidmətini təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı komitənin yaydığı məlumatda deyilir.

Məlumata görə, hazırda bu xidmətin istifadəyə verilməsi ilə əlaqədar hazırlıq işləri başa çatır. Ölkə vətəndaşları əmlakın hüquqi vəziyyəti ilə bağlı bu arayışları 2014-cü ilin əvvəlindən onlayn qaydada əldə edəcəklər.

2014-cü ildə komitə tərəfindən daha 10 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur. Əsas hədəf vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə şəffaflıq və çevikliyi daha da artırmaqdır.Xidmətlər e-emdk.gov.az səhifəsində yerləşdiriləcək. Qeyd edilən internet resursu vətəndaşlara elektron xidmətləri "bir pəncərə" prinsipi üzrə əldə etməyi təmin edir.Komitə 2012-ci ildən etibarən elektron xidmətlərin tətbiqinə başlayıb. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir.Qeyd olunan elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir. Bu xidmətlərin hamısı "Elektron hökumət" portalına inteqrasiya edilib.Artıq bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 8800-ə yaxın müraciət daxil olub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol