• $
  • €
  • ₽
  • ₺
  • £

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla!
16.11.2024 15:47
Ölkəmizin ev sahibliyi etdiyi COP29-un əsas bank tərəfdaşı olan ABB iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verəcək maraqlı bir imkanı müştərilərə təqdim edib.
 
Bu, ABB mobile tətbiqinə əlavə olunmuş Karbon Emissiyası Kalkulyatorudur. Bu kalkulyator vasitəsilə istifadəçilər hər bir kart əməliyyatlarının ətraf mühitə təsirlərini izləyə bilərlər.
 
ABB bu imkanı pərakəndə bankçılıq sahəsində iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək məqsədilə yaradılmış Ecolytiq platformasının təqdim etdiyi texnologiya əsasında yaradıb.
 
Ecolytiq dünyanın aparıcı maliyyə qurumlarının, o cümlədən Visa-nın etibarlı tərəfdaşıdır. ABB də mobil bank tətbiqində Karbon Emissiyası Kalkulyatorunu Visanın dəstəyi ilə təqdim edir.
 
Hər bir bank əməliyyatı ətraf mühit üçün müəyyən təsirlərlər yaradır. Bank müştəriləri gündəlik maliyyə əməliyyatlarında bunu nəzərə alaraq karbon izlərini nəzarətdə saxlaya və daha uyğun seçimlərlə karbon izlərini mümkün qədər azalda bilərlər.
 
ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli qeyd edib ki, Karbon Emissiyası Kalkulyatoru ilə ABB daha bir yeni müştəri təcrübəsi yaradacaq. ABB mobile istifadəçilərində ətraf mühit üçün faydalı vərdişlər formalaşdıracaq: "ABB-nin öz tərəfdaşları ilə birgə təqdim etdiyi bu həll ətraf mühitin qorunması ilə bağlı ictimai savadlılığı artıracaq. Maariflənmə proseslərinə, iqlimlə bağlı fərdi məsuliyyət hissinin güclənməsinə mühüm töhfə verəcək”.

Ecolytiq-in həmtəsisçisi və idarəedici direktoru David Lais bildirib: "Gündəlik satınalma davranışları fərdin karbon ayaq izinin böyük bir hissəsidir. Ona görə də kiçik dəyişikliklər iqlim fəaliyyətinə böyük töhfələr verə bilər. Azərbaycan istehlakçılarına daha davamlı gələcəyə doğru addımlar atmaq üçün, geniş miqyasda biliklər təqdim etmək üçün Azərbaycanın ən böyük bankı olan ABB ilə əməkdaşlıq etməkdən məmnunuq”.
 
Visa-nın Azərbaycandakı regional meneceri Nurlan Hacıyev bildirib: "Karbon Emissiyası Kalkulyatorunu ABB mobile tətbiqinə inteqrasiya etməklə, biz gündəlik əməliyyatların ətraf mühitə təsiri haqqında dəyərli fikirlər təqdim etməyi və kart sahiblərinə daha yaşıl gələcəyə töhfə verməyə kömək göstərməyi hədəfləyirik. ABB ilə əməkdaşlıq əsasənda Azərbaycan müştərilərinə iqlim dəyişikliyinə qarşı qlobal hərəkata qoşulmaq imkanı təklif etməkdən qürurluyuq”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol