• $
  • €
  • ₽
  • ₺
  • £

"Gömrük orqanları «Euro-4» standartının tətbiqinə hazırdır"

"Gömrük orqanları «Euro-4» standartının tətbiqinə hazırdır"
27.01.2014 14:50
 Bu gün Bakıda Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsində Azərbaycanda «Euro-4» ekoloji standartına keçidlə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə görüş keçirilib.«APA-Economics»in məlumatına görə, İdarənin rəisi İsmayıl Hüseynov bildirilib ki, ölkəyə idxal olunan avtonəqliyyat vasitələrinin qeydiyyata alınması «bir pəncərə» prinsipi ilə həyata keçirilir. Onun sözlərinə görə, bu məqsədlə avtomobil idxalçıları üçün iki məlumat köşkü quraşdırılıb: «Ölkə başçısının tapşırığı ilə ölkənin avtomobil parkı yenilənməli və daha yeni avtomobillərlə təchiz olunmalıdır. Həmçinin, avtomobillərin atmosferə tullantılarının azaldılması və «Euro-4» ekoloji standartlarına keçirilməsi qərara alınıb».İ.Hüseynov qeyd edib ki, artıq bununla bağlı DGK və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) avtomobillərin «Euro-4» standartına uyğun olub-olmamsını birgə yoxlamağa başlayıb və bu iş bundan sonra da davam edəcək.DGK-nin Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəisi Mehriban Əlizadə isə bildirib ki, qurum avtomobillərin atmosferə atdığı zəhərli maddələri ölçərək onlara sertifikat verir. Bu sertifikat da SMPDK-nın standartlarına uyğun verilir: «Artıq bununla bağlı VAİZ sistemi yaradılıb. Avtonəqliyyat vasitələri onlayn sistemlə uyğunlaşdırılır. Bu sistemin iş prinsipinə uyğun olaraq onlayn vasitəsi ilə müraciət etməyən nəqliyyat vasitəsi qeydiyyata alınmayacaq və qeydiyyata alınmayan nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi və uyğunluq sertifikatı verilə bilməz».M.Əlizadə deyib ki, elektron qaydada qeydiyyatdan keçən və uyğunluq sertifikatı alan avtonəqliyyat vasitələri ümumi sistemə daxil ediləcək: «Avtonəqliyyat vasitəsinin qeydiyyata alınması cəmi 10 dəqiqə vaxt aparır. Baxmayaraq ki, bir çox MDB ölkələrində bu 15-20 dəqiqə çəkir. Bunun üçün isə avtonəqliyyat vasitəsi sahibi 20 manat və 30 manat gömrük rüsumu ödəməlidir. Hər bir əməliyyat üçün isə bank tərəfindən 1 manat xidmət haqqı tutulur ki, bu xidmətdən istifadənin ümumi dəyəri 52 manat təşkil edir».M.Əlzadə bildirib ki, ötən il 56 346 müraciət daxil olub ki, bunun da 56 333-nə sertifikat verilib, 13 nəfərin müraciəti isə qeydiyyata alınmayıb: «Bundan başqa, təhlükəsizlik yastığı olmayan maşınların da ölkəyə buraxılmasına qadağa qoyulacaq ki, biz bunu da yoxlayırıq».Sonda M.Əlizadə qeyd edib ki, DGK-nin Mərkəzi Gömrük Ekspertiza İdarəsi Azərbaycanda «Euro-4» ekoloji standartının tətbiqinə tam hazırdır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol