Əhalinin bankarda nə qədər əmanəti var? - Rəsmi

2024-cü ilin on ayında əhalinin banklarda 14266,0 milyon manat əmanəti olub. Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı son hesabatda qeyd olunub.
eyni zamanda on ayda ölkədə kredit portfeli milli valyuta ekvivalentində 28779,2 milyon manat olub. Uzunmüddətli kreditlərin həcmi isə 24154,4 milyon manata bəabər olub.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit
portfelinin 1,7%-ni təşkil edib.
2024-cü ilin doqquz ayında əhalinin banklarda əmanəti 14164,0 milyon manat olub.
Bundan əvvəl Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, cari ilin on ayında ümumilikdə əhalinin əmanətlərinin həcmi 1,3 milyard manat artıb ki, bu da rekord göstəricidir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















