• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank İnsan Resurslarının idarəedilməsi sistemini təkmilləşdirib

Unibank İnsan Resurslarının idarəedilməsi sistemini təkmilləşdirib
24.12.2024 17:30
Unibank İnsan Resurslarının idarəedilməsi sisteminin təkmilləşdirilməsi prosesini başa çatdırıb. Bankın İR biznes proseslərini təkmilləşdirmək üçün Unibank intuitiv interfeysə malik, çoxlu sayda İR alətlərini cəmləşdirən, işçilərin fəaliyyətinin qiymətləndirilməsi, işə qəbul və distant öyrənmə proseslərini avtomatlaşdıran vahid idarəetmə sisteminə üstünlük verib. Bu, gündəlik iş proseslərini sadələşdirmək, işdə olmama günlərinin izlənməsi və məzuniyyətlərin planlaşdırılmasında şəffaflığın artırılması məqsədilə edilib.

Avtomatlaşdırma prosesi SMART business tərəfindən həyata keçirilib. Proses zamanı tətbiq edilən SMART business şirkətinin SMART HCM & LMS həlli funksionallığına, inteqrasiya imkanlarına, çevikliyinə və rəqabətli qiymətinə görə seçilib. Proses boyu lazım olan bütün imkanlar vahid ekosistem daxilində həyata keçirildiyi üçün bu da "Unibank”a filiallar üzrə kadrların idarə edilməsi proseslərini konsolidasiya etməyə və vahid, optimallaşdırılmış yanaşma qurmağa imkan verib.

Həllin əsas üstünlüklərindən biri onun təhlükəsizliyidir. Bank sektorunda təhlükəsizlik məlumat sızmalarından, maliyyə və reputasiya risklərindən qorunmaq üçün vacibdir. Microsoft texnologiyalarına əsaslanan SMART HCM & LMS sənaye standartlarına cavab verən şifrələmə protokolları təklif edir, sistemə giriş üçün çoxfaktorlu autentifikasiya üsulları yüksək təhlükəsizliyi təmin edir. Bu, "Unibank”ın məlumatlarının ən son beynəlxalq GDPR standartlarına uyğun olaraq qorunduğunu təmin etməyə imkan verir və öz növbəsində məlumatların təhlükəsizliyi və müştəri etibarını artırır.

Unibank məlumatların idarə edilməsi və strukturun vizuallaşdırılması üçün "HR Administration” kimi vacib modullara üstünlük verərək, SMART HCM & LMS-i tətbiq edib. "Staff Assessment”, "Goal Setting”, "Competency Development”, "Event Organization”, "Self-service Portal, Manager’s Portal” və "E-Learning” kimi moduların tətbiqi isə ümumi əməliyyat səmərəliliyini artırıb. 

SMART HCM & LMS həllinin tətbiqi Unibank üçün insan kapitalına səmərəli investisiyaya çevrilməklə, səmərəliliyin və əməkdaşların məmnuniyyətinin artırılması şəklində "faiz gəliri” qazandırıb. 
 
Unibank haqqında

Unibank, 2002-ci ildə MBANK və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaranıb və Azərbaycanın aparıcı özəl maliyyə qurumlarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə geniş xidmət spektri təklif edir və geniş filial şəbəkəsinə malikdir. Unibank fəaliyyət göstərdiyi 32 il ərzində bir çox beynəlxalq mükafatlar qazanıb. Daha ətraflı: https://unibank.az  

SMART business haqqında

SMART business ERP, CRM və HRM sistemlərinin tərtibatı, tətbiqi, dəstəklənməsi və müvafiq təlimlərin keçirilməsi üzrə ixtisaslaşmışdır, o cümlədən prediktiv analitika və süni intellekt texnologiyalarını əhatə edir. 15 ildən çox təcrübəyə malik olan SMART business Dynamics 365, Office 365, Azure və Power BI kimi Microsoft platformaları əsasında həllər təqdim edir, məlumat və maşın öyrənmə texnologiyalarından istifadə edərək müştərilər üçün strateji, kompleks biznes həlləri ilə təklif edir. Daha ətraflı məlumat üçün: https://bit.ly/3CeGv2A 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol