• $
  • €
  • ₽
  • ₺
  • £

BP "Şahdəniz Alfa" platformasında texniki problemləri həll etməyə çalışır

BP  "Şahdəniz Alfa"  platformasında texniki problemləri  həll etməyə çalışır
14.01.2025 17:31
Britaniyanın BP şirkəti Azərbaycanın Bolqarıstana qaz ixracının dayandırılmasına səbəb olan "Şahdəniz Alfa" (SDA) platformasında texniki problemləri  həll etməyə çalışır. Bu barədə BP-nin sözçüsü Tamam Bayatlı məlumat verib. 
 
"Şirkət ən qısa zamanda normal əməliyyatların bərpa olunacağına ümid edir",  -  Bayatlı deyib.

BP cümə günü platforma ilə Səngəçal terminalı arasında dənizaltı qaz-kondensat ixrac xəttində texniki nasazlıq aşkar etdikdən sonra əməliyyatları dayandırıb.

Azərbaycan  yanvarın 7-də Bolqarıstanın dövlət qaz şirkəti "Bulgargaz"a qaz ixracını dayandırması barədə  dayandırıldığını xəbər verib.

"Bulgargaz" qaz təchizatının yanvarın 15-də  bərpa olunacağını gözləyir. Şirkət bu barədə bazar ertəsi Bolqarıstanın BTA xəbər agentliyinə bildirib.

"Bulgargaz" bildirir ki, əvəzləyici qaz həcmləri Türkiyənin Botas şirkətindən alınıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç də cümə günü bildirib ki, Azərbaycandan Serbiyaya qaz ixracı dayandırılıb və onun nə vaxt bərpa olunacağı məlum deyil.

Lakin bazar günü Vuçiç deyib ki, Bakı ona Serbiyaya qaz təchizatının dayandırılmayacağı barədə məlumat verib.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol