• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-ın növbəti rəqəmsal filialı Zabratda!

Yelo Bank-ın növbəti rəqəmsal filialı Zabratda!
23.05.2025 14:58



Yelo Bank xidmət dairəsini genişləndirməkdə davam edir. Bu dəfə Bank paytaxtın Zabrat qəsəbəsində müasir və rəqəmsal konseptli yeni filialını müştərilərin ixtiyarına verdi. Yelo-nun “Parlaq bankçılıq” yanaşmasına uyğun dizayn edilmiş filial innovativ xidmət imkanları və yüksək müştəri rahatlığı ilə fərqlənir.

Yeni filialda bank əməliyyatları rəqəmsal qaydada həyata keçirilir. Müştərilər burada nağd pul çıxarışı və mədaxili, kredit və kart sifarişi, biznes əməliyyatları, eləcə də kommunal və digər ödənişlər daxil olmaqla bir çox xidmətdən sürətli və fasiləsiz şəkildə yararlana bilirlər.

Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev yeni filial barədə fikirlərini belə ifadə edib: “Bizim üçün prioritet məsələ bank xidmətlərini hamı üçün daha əlçatan və rahat etməkdir. Zabrat filialımız əhalinin gündəlik ehtiyaclarına uyğunlaşdırılmış şəkildə fəaliyyət göstərəcək. Əminik ki, bu filial yalnız Zabrat sakinlərinin deyil, ətraf ərazilərdə yaşayanların da bankçılıq təcrübəsini dəyişəcək. Rəqəmsal konsept isə nağdsız ödəniş vərdişlərinin artmasına mühüm təsir göstərəcək”.

Yeni filial Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 64 ünvanında yerləşir. Qeyd edək ki, Bankın ölkə üzrə 22 xidmət mərkəzi ilə fəaliyyət göstərir. Yelo Bank gələcəkdə də xidmət şəbəkəsini genişləndirərək daha çox bölgəyə parlaq bankçılıq təcrübəsini gətirməyi planlaşdırır.

Mikro kredit online müraciət etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 


 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol