• $
  • €
  • ₽
  • ₺
  • £

Regionlarda ərzaq və gediş haqqı bahalaşdı

Regionlarda ərzaq və gediş haqqı bahalaşdı
18.12.2013 18:00
Artıq bir neçə gündür kənd təsərrüfatı mallarının bahalaşması regionlarda da açıq-aydın hiss olunmaqdadır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu daha çox ikinci çörək sayılan kartofda özünü aydın büruzə verir. Qiymətlərə şahidlik etdiyimiz yer isə Qazax rayon mərkəzi bazarı oldu. Kartofla yanaşı kənd təsərüfatı mallarının hamısında demək olar ki, bahalaşma müşahidə olunur. Bazarda bahalaşmayan təkcə mal əti olub. Sakinlər isə ötən illə müqayisədə bu il qiymətlərdən şoka düşdüklərini deyirlər. Bəzi sakinlər isə qiymət artımını yanacaqla müqayisə edərək bildiriblər ki, kənd təsərüfatı məhsulunun yetişdirilməsindən taki bazara gəlib çıxmasına kimi texnikadan istifadə olunur. Bu da yanacaqla hərəkətə gəldiyindən nəticədə bu qiymətlərə təsir edir. Qiymət artımına satıcıların fikri isə fərqlidir. Bir qism satıcılar bunu kartofun azlığı ilə əlaqələndirsə də, digərləri bahalaşmanı yanacağın qiymət artımı ilə izah edirlər. Son bir neçə gündə sınıq körpü sərhəd buraxılış məntəqəsində kartofun keçidinin dayandırılmasını əsas gətirirlər. Bir sözlə Qazax bazarına gəliş-gediş olmasa da pərakəndə küçə bazarında toyuğun qiymətindən tutmuş göy-göyərtiyə kimi bahalaşma hiss olunurdu. Kimi alır, kimi də köksünü ötürüb yan keçir.Tarif şurası nə qədər xəbərdarlıq etsədəki nəqliyyatın qiyməti dəyişməzdir, ancaq bəzən bu hal absurt olur. Beləki Yuxarı Salahlı kənd sakinləri 60 qəpiyə mənzil başına çatırdılarsa, indi bu qiymət 80 qəpiyə çatıb. Fərəhli maşurutu isə əksinə 50 qəpik olaraq qalsada sonuncu gedişini 70 qəpiyə aparmalı olur. Bir sözlə əksər kəndlərə gedən avtobuslar gediş haqlarını qaldırıb. Bu vəziyyətə nəzarət edən olmadığından əhalidə çaşqınlıq içindədir. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol