• $
  • €
  • ₽
  • ₺
  • £

Texnologiyada qadın gücü:Bir “Ctrlishers” proqramına start verdi

Texnologiyada qadın gücü:Bir “Ctrlishers” proqramına start verdi
23.04.2026 17:18

 

Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir qadınların texnologiya sahəsindəki rolunu gücləndirir.

Bir ekosistemi texnologiya sahəsində qadınların iştirakını genişləndirmək, onların potensialını üzə çıxarmaq və real inkişaf imkanları yaratmaq məqsədilə “Ctrl is hers” proqramına start verir.

Proqramın məqsədi data analitikası, kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma, bulud texnologiyaları və digər rəqəmsal istiqamətlər üzrə karyera qurmaq istəyən qadınlara dəstək olmaqdır. 

“Ctrl is hers” proqramı yalnız iştirakçılara bilik və bacarıqverməklə kifayətlənmir – ölkənin rəqəmsal ekosistemində güclü qadın istedadların formalaşmasına dəstək olmağı və daha inklüziv texnologiya mühitini yaratmağı hədəfləyir.

Proqramda texnologiya ixtisasları üzrə təhsil alan qadın tələbələr, yeni məzunlar, karyerasını texnologiya sahəsinə yönləndirmək istəyən qadınlar, eləcə də texnoloji rollarda karyeraya sahib olan qadın mütəxəssislər iştirak edə bilərlər.

İştirakçılar texniki və yumşaq bacarıqlar üzrə təlimlər almaqla yanaşı, praktik layihələr üzərində çalışacaq və real iş mühitində təcrübə qazanacaqlar. 

Sonda yüksək nəticə əldə etmiş iştirakçılar Bir daxilində təcrübə proqramları, mentor dəstəyi və karyera imkanlarından faydalana biləcəklər. 

Qeydiyyat üçün son tarix: 23 may 2026-cı il 

 

Proqram haqqında ətraflı məlumat: 

" www.b-b.az/hrcareer

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: //bir.az/  

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol