• $
  • €
  • ₽
  • ₺
  • £

ITFC Azərbaycanda Rabitəbank və TuranBank-la əməkdaşlığı genişləndirir

ITFC Azərbaycanda Rabitəbank və TuranBank-la əməkdaşlığı genişləndirir
07.05.2026 11:54

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) Azərbaycanda Rabitəbank və TuranBank-la əməkdaşlıq edir və hər banka 10 milyon dollar ayırıb.Bu barədə ITFC nümayəndəsi Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə roadshow tədbirində bildirib.

Onun sözlərinə görə, bu vəsait Azərbaycanda KOB-lara şəriətə uyğun maliyyələşdirilən və maliyyələşdirilməyən ticarət maliyyəsi həllərinin təqdim edilməsi üçün nəzərdə tutulub.

ITFC Azərbaycanda fəaliyyətini son iki ildə yenidən aktivləşdirib. Qurumun ölkə üzrə ümumi maliyyələşdirməsi 103 milyon dollar təşkil edir.

Nümayəndə bildirib ki, ITFC qlobal miqyasda yaradıldığı vaxtdan indiyədək 20 milyard dollara yaxın maliyyələşmə həyata keçirib. Son beş ildə qurumun özəl sektora müdaxilələri 2021-ci ildəki 700 milyon dollardan 2025-ci ildə 1,3 milyard dollara yüksəlib.

Təqdimata əsasən, ITFC maliyyələşməsinin 69%-i üzv ölkələrdə enerji təhlükəsizliyi məqsədlərinə yönəldilir. Qalan hissə ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və ticarət maliyyəsi layihələrini əhatə edir.

Qurum hökumətlər, dövlət şirkətləri, korporativ müştərilər və özəl sektorla Murabaha maliyyələşməsi, sindikatlaşdırılmış maliyyə, strukturlaşdırılmış ticarət maliyyəsi və ticarət maliyyəsi kredit xətləri vasitəsilə işləyir.

ITFC həmçinin ticarət və islam maliyyəsi üzrə texniki yardım, məsləhət və potensialın artırılması proqramları həyata keçirir.

Azərbaycan 2024-cü ildə istifadəyə verilmiş “Trade Connect Central Asia Plus” proqramında da iştirak edir. Proqram beş Mərkəzi Asiya ölkəsini və Azərbaycanı əhatə edir.

ITFC Azərbaycanda yerli banklarla tərəfdaşlığı genişləndirməyi və KOB-lara inteqrasiya olunmuş islam ticarət maliyyəsi həlləri vasitəsilə dəstəyi artırmağı planlaşdırır.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol