• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
20.05.2026 14:34

 

Şirkət regionun aparıcı kreativ platformasında Qran-pri və 10 mükafatla təltif olundu

Regionun yaradıcı sənaye, innovasiya və müasir kommunikasiya sahəsində aparıcı platformalarından biri hesab olunan “Baku Flames” festivalı uğurla yekunlaşıb. 15–16 may tarixlərində keçirilən festival bu il də müxtəlif ölkələrdən kreativ sənaye nümayəndələrini, beynəlxalq şirkətləri və media təmsilçilərini bir araya gətirib. Festival çərçivəsində ABŞ, Estoniya, Serbiya, Latviya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan daxil olmaqla 10-dan çox ölkədən ümumilikdə 320 layihə təqdim olunub. Layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti və yaradıcı sənaye üzrə tanınmış ekspertlər tərəfindən qiymətləndirilib. 

“Azercell Telekom” MMC festivalda yüksək nəticələr əldə edərək Azərbaycan nominasiyaları üzrə “Ən Yaxşı Yerli Brend” adına layiq görülüb. Eyni zamanda, şirkətin “DigiMax” və “Oflayn Qadınlar” layihələri 1 Qran Pri, 2 qızıl və 2 bürünc mükafat qazanıb.

Belə ki, “Oflayn Qadınlar” layihəsi “Sosial təsir kampaniyaları” kateqoriyasında Qran-pri və qızıl mükafata, “Məqsədyönlü strategiya” və “PR-da sosial təsir” üzrə isə bürünc mükafata layiq görülüb. Həmçinin “DigiMax” tarif paketinin tanıtım çarxı “Film istehsalı” nominasiyasında qızıl mükafat əldə edib.

Bununla yanaşı, “Oflayn Qadınlar” sosial layihəsi beynəlxalq kateqoriyalarda mükafat qazanan yeganə yerli brend olaraq 3 gümüş, 2 bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, oflaynqadinlar.az platformasının əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. Sosial təşəbbüs ictimaiyyətə təqdim olunduqdan sonra platforma 30 mindən çox unikal baxış toplayıb. 

Azercell festival çərçivəsində təşkil olunan panel müzakirələrdə də təmsil olunub. Şirkətin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova “Şəxsi brendinq və korporativ reputasiya” mövzusunda çıxış edib. Texnobloger Fərid Pərdəşünasın moderatorluğu ilə keçirilən paneldə aktyor Azər Aydəmir və müğənni Nigar Camalla birlikdə şəxsi brend və müasir kommunikasiya trendləri müzakirə olunub. Həmçinin Azercell-in Marketinq Ünsiyyət Vasitələri şöbəsinin rəhbəri Nərgiz Sailova da festivalın panel müzakirələrinə qatılaraq yeni nəslin yaradıcı yanaşmaları barədə fikirlərini bölüşüb.

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol