• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Online fikir bankı”nın təqdimatı olacaq

Bakıda “Online fikir bankı”nın təqdimatı olacaq
04.12.2013 10:56

Bu gün Azərbaycanın “Online fikir bankı” layihəsinin təqdimatı keçiriləcək.

Gənclər Fondunun mətbuat xidmətindən ANN.Az-a verilən xəbərə görə, layihə “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə və “İKT ili” tədbirləri çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.                

Əsas məqsəd gənclərin innovativ və kreativ potensialını ölkənin inkişafına yönəltmək, gənclərə təşəbbüslərini təqdim etmək imkanı yaradaraq onların bu bacarıqlarını stimullaşdırmaq, yeni ideyaların müzakirəsi və istifadəsi məqsədi ilə müəllif, ekspert və istifadəçilər üçün vahid virtual məkan yaratmaqdır.

Qeyd edək ki, layihə 3 komponentdən ibarətdir:

1)  http://www.fikirbanki.az saytının yaradılması və gündəlik işinin təmin edilməsi;

2) geniş gənclər kütləsini yeni ictimai əhəmiyyət kəsb edən rasional ideyaları təqdim və müzakirə etməyə cəlb etmək;

3) ekspert və yeni ideyaların potensial istifadəçilərini (dövlət qurumları, özəl sektor, ictimai təşkilatlar) gənclərin təşəbbüslərinin qiymətləndirilməsinə cəlb etmək.

Saytda hazırda 12 əsas istiqamət üzrə ideyalar toplanır: Sosial xidmətlər, İqtisadiyyat, Təhsil, Media, Rabitə və telekommunikasiya, Tibb və sağlamlıq, Ətraf mühit, Milli-mədəni irs, Turizm, Mədəniyyət, Nəqliyyat və Əyləncə.      

“Online fikir bankı”nda ideyalar öz müəllifini qazandırır. Veb-saytda “Ayın qalibi” adlı xüsusi bölmə yaradılıb  və qaliblər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Ekspertlər ideyanın yeniliyini, orijinallığını, praktikliyini, tamlığını, tətbiqinin mümkünlüyünü, maliyyə tutumunu və s. indikatorlar üzrə qiymətləndirir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol