• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib

Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib
18.06.2026 11:38

Yelo Bank-ın dəstəyi ilə gənc xanımların inkişafını və karyera imkanlarını genişləndirən “Violette Mentorship” proqramının növbəti məzun günü keçirilib. Bankın ev sahibliyi etdiyi builki məzuniyyət tədbiri 15-25 yaş arası gənc qızların inkişaf resurslarına çıxışını qeyd etmək baxımından maraqlı müzakirələr və böyük hədəflərlə yadda qalıb.

 

Tədbirdə çıxış edən Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova rəhbər vəzifələrdə qadınların rolunun artırılmasının vacibliyini vurğulayıb. O, bəzi sahələrdə, xüsusilə də maliyyədə qadın rəhbərlərin balansının hələ də aşağı olduğunu, lakin bu vəziyyətin ilbəil pozitivə doğru dəyişdiyini qeyd edib. Bu müsbət tendensiyanın davamlı olması üçün mentorluğun əhəmiyyətinə toxunan G.Cəlilova, hər bir məzunun gələcəkdə özünün mentora çevrilməsinin və beləliklə, qadın inkişafını təmin edən böyük bir "dəstək zənciri" formalaşdırmağın vacibliyini diqqətə çatdırıb.

 

Mərasim çərçivəsində keçirilən “Mentidən liderə: öz hekayəsini yazan qadınlar” adlı panel müzakirəsində uğurlu qadın peşəkarlar öz karyera yolları, qarşılaşdıqları çətinliklər və liderlik təcrübələri barədə iştirakçılarla fikirlərini bölüşüblər. Paneldən sonra təşkil olunan 1 saatlıq netvörkinq sessiyası isə mentor və mentilərin yaxından tanış olmasına və layihə iştirakçılarının bir-biri ilə sıx şəbəkələşməsinə gözəl şərait yaradıb. Tədbirin sonunda builki proqramı uğurla tamamlayan 33 məzuna təntənəli şəkildə sertifikatlar təqdim olunub.

 

Yelo Bank gənc xanımların potensialını real uğura çevirən və cəmiyyətdə pozitiv dəyişikliklərə yol açan bu cür sosial layihələrin davamlılığını gələcəkdə davam etdirəcək.

Bankdan lombard krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol