Azərbaycanın bank sektorunun aktivləri 61 milyard manata yaxınlaşır

Bu il avqustun 1-ə Azərbaycanın bank sektorunun aktivləri 60,980 milyard manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,28 milyard manat və ya 9,5% artıb.
Hesabat dövründə bankların məcmu öhdəlikləri 53,330 milyard manat, balans kapitalı isə 7,650 milyard manata bərabər olub. İyul ayında bankların aktivləri, öhdəlikləri və kapitalı aylıq ifadədə 0,1% yüksəlib.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















