• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-İran qarşıdurması fonunda neft bahalaşıb

ABŞ-İran qarşıdurması fonunda neft bahalaşıb
31.08.2026 09:51

 

Londonun ICE birjasında “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,94% artaraq 90,69 dollara yüksəlib.

ABŞ və İran arasında Yaxın Şərqdə qarşıdurmanın yenidən kəskinləşməsi fonunda neft qiymətləri artıb. Reuters-in məlumatına görə, ABŞ qüvvələrinin İranın Hörmüz boğazındakı Larak adasında raket qurğularına zərbələr endirməsi və İranın ABŞ qüvvələrinə cavab zərbəsi həyata keçirməsi bazarda neft tədarükü ilə bağlı narahatlıqları artırıb.

Ticarət zamanı “Brent” markalı neftin qiyməti 1 barel üçün 90,69 dollara, yaxud 2,94% artıb. Hazırda neft 90,46 dollar səviyyəsində ticarət olunur.

ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə 2,34% artaraq 85,35 dollar olub.

Neft bazarında bahalaşmaya əsas səbəblərdən biri dünyanın əsas enerji nəqli marşrutlarından biri olan Hörmüz boğazında gərginliyin artmasıdır. Reuters yazır ki, boğazdan neft daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar qiymətlərə təzyiq göstərir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol