• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
04.09.2026 11:53

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, "EN 228" Avropa standartına uyğun olan yanacağın ilk partiyası SOCAR-a məxsus gəmi ilə Gürcüstana çatdırılıb.

Qeyd olunub ki, bu, "SOCAR Georgia Petroleum" ilə "Italiana Petroli" arasında ilk birbaşa kommersiya əməliyyatıdır. Təchizat SOCAR-ın "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-ni almasını başa çatdırmasından sonra həyata keçirilib.

"SOCAR Georgia Petroleum" şirkətinin direktoru Nodar Kançaveli bildirib ki, "Italiana Petroli"nin neft emalı və keyfiyyətə nəzarət sahəsində təcrübəsinin SOCAR-ın beynəlxalq infrastrukturu ilə birləşdirilməsi Gürcüstan bazarında yanacaq təchizatının şaxələndirilməsinə imkan yaradır.

Onun sözlərinə görə, bu əməkdaşlıq Gürcüstanda Avropa standartlarına cavab verən yanacağın daha etibarlı və fasiləsiz təchizatına xidmət edəcək.

SOCAR bütün lazımi tənzimləyici razılıqları əldə etdikdən sonra 8 may 2026-cı il tarixində "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-nin satın alınması prosesini tamamlayıb. Bu əməliyyat SOCAR-a Avropa qitəsində neft emalı və yanacaq pərakəndə satışı üzrə fəaliyyətini daha da genişləndirmək imkanı verib.

SOCAR-ın Gürcüstan bazarındakı fəaliyyəti isə 2006-cı ildən etibarən başlayıb. "SOCAR Energy Georgia" həmin ildə şirkətin Azərbaycan hüdudlarından kənarda təsis etdiyi ilk törəmə struktur kimi fəaliyyətə start verib.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol