• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Türkiyədəki "Petkim" kompleksinə yeni investisiyalar yatırmağı planlaşdırır

SOCAR Türkiyədəki "Petkim" kompleksinə yeni investisiyalar yatırmağı planlaşdırır
11.09.2026 13:38

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) istehsal gücünü və rəqabət qabiliyyətini artırmaq məqsədilə Türkiyədəki "Petkim" neft-kimya kompleksinə yeni investisiyalar yönəltməyi planlaşdırır. Bu barədə cümə günü Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

R.Nəcəf yeni sərmayələrin "Petkim"in baş inkişaf planı (master-plan) çərçivəsində nəzərdə tutulduğunu qeyd etsə də, gözlənilən maliyyə həcmi, icra qrafiki və güc artımı parametrlərini açıqlamayıb. Türkiyənin ən böyük xarici investoru olan SOCAR "Petkim"ə nəzarət etməklə yanaşı, qardaş ölkənin neft emalı, təbii qaz və elektroenergetika sektorlarında mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

SOCAR rəhbəri, həmçinin şirkətin Türkiyənin BOTAŞ dövlət boru kəmərləri şirkəti ilə hər iki ölkənin hüdudlarından kənarda birgə layihələr və əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyini diqqətə çatdırıb. O xatırladıb ki, iyun ayında BOTAŞ ilə Azərbaycanın "Abşeron" qaz yatağının tərəfdaşları arasında tammiqyaslı işlənmə mərhələsində hasil ediləcək qazın 50%-nin 15 il müddətində Türkiyəyə ixracını nəzərdə tutan saziş imzalanıb.

SOCAR-ın Türkiyənin elektrik enerjisi bazarına daxil olduğunu da vurğulayan Nəcəf cari ilin əvvəlində 870 meqavat gücündə qaz elektrik stansiyasının alındığını və bununla da qazdan elektrik enerjisinə qədər uzanan zəncirin tamamlandığını əlavə edib.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol