• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda avtobus sürücülərini sərt cərimələr gözləyir

Azərbaycanda avtobus sürücülərini sərt cərimələr gözləyir
25.11.2013 17:15

Ziya Məmmədov tapşırıq verdi.

Son vaxtlar Azərbaycanda avtobusların iştirakı yol nəqliyyat hadisələrinin artması ilə əlaqədar xəttində ölüm və ya xəsarət baş verən sahibkarlardan həmin reys geri alınaraq, digərinə veriləcək.

ANN.Az APA-Economics-ə isitinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib ki, bununla bağlı nəqliyyat naziri Ziya Məmmədov xüsusi tapşırıq verib:

“Keçən il 124 saylı avtobusla baş verən qəza ilə əlaqədar geniş müşavirə keçirilib. Bu sahədə böyük pərakəndəliyin olduğu aşkar edilib və müvafiq tədbirlər görülüb. Bu tədbirlər indi də davam etdirilir, hazırda avtobus marşrutlarının sayı 310-dan 172-yə endirilib. Lakin qəzalar yenə də baş verir”.

Onun sözlərinə görə, problemlə bağlı Nazirliyin müvafiq strukturlarına noyabrın sonuna qədər gündəlik monitorinqlərin aparılması tapşırılıb.

“Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, 217 sürücüdə “D” kateqoriyası, 131 sürücüdə isə ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb. Nəqliyyat Nazirliyi və Dövlət Yol Polisi birgə monitorinqlər aparır. Apardığımız reydlər nəticəsində hətta narkoman sürücü belə aşkar olunub.

Vəziyyətin bu həddə gəlib çıxmasına səbəb olan sahibkarlarla müqaviləmizə xitam vermək hüququmuz var və biz bu hüququmuzdan istifadə edirik. Amma eyni zamanda, vətəndaşların da məsuliyyətli olmasını istəyirik. Bu cür sürücülərə görə sahibkarlar özləri məsuliyyət daşıyacaqlar”, - deyə N.Həsənov bildirib.

Nazirliyin sözçüsü etiraf edib ki, bu cür sürücülərə cərimə ilə də təsir göstərmək mümkün deyil. N.Həsənov hesab edir ki, bu məqsədlə tətbiq olunan cərimələr artırmalıdır: 

“Məsələn, indi 50 manat nəzərdə tutulan cərimə 1 000 manat təşkil etməlidir. Təəssüf ki, bizdə cərimələr aşağıdır. Lakin cərimələrin artırılması ilə bağlı öz təkliflərimizi irəli sürmüşük və onlara baxılacağına ümid edirik”.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol