• $
  • €
  • ₽
  • ₺
  • £

ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkınınrezidenti statusunu əldə etdi

ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkınınrezidenti statusunu əldə etdi
17.09.2026 15:51

ABB İnnovasiya şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməsi istiqamətində fəaliyyətini daha geniş imkanlarla davam etdirməyə şərait yaradacaq.

Pirallahı Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, kosmos və enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni texnologiyaların hazırlanması və innovativ layihələrin həyata keçirilməsi üçün yaradılmış texnoloji inkişaf mühitidir. Park Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanı ilə yaradılıb və texnologiya əsaslı şirkətlərin fəaliyyətinin inkişafına, innovativ layihələrin reallaşdırılmasına, yeni texnoloji həllərin hazırlanmasına dəstək göstərir. Parkın əsas məqsədlərindən biri biliklərə əsaslanan iqtisadiyyatın inkişafına töhfə vermək, innovativ bizneslərin formalaşmasını təşviq etmək və yaradılan texnoloji məhsulların kommersiyalaşdırılması üçün əlverişli imkanlar yaratmaqdır.

Bu yanaşma ABB İnnovasiyanın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edir. Şirkət innovativ ideyaların real məhsullara çevrilməsini, texnoloji həllərin inkişafını və yaradılan məhsulların kommersiyalaşdırılaraq bazara çıxarılmasını dəstəkləməyi hədəfləyir. Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti kimi ABB İnnovasiya bu istiqamətdə fəaliyyətini genişləndirərək yeni texnoloji və rəqəmsal məhsulların inkişafına, onların yerli və xarici bazarlarda təqdim olunmasına və tərəfdaşlıqların qurulmasına fokuslanacaq.

ABB İnnovasiya texnologiya ekosisteminin inkişafında yalnız məhsul istiqamətində deyil, həm də insan kapitalının formalaşdırılması və innovasiya mədəniyyətinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

ABB İnnovasiyanın fəaliyyəti, yeni layihələri, texnoloji məhsulları və ekosistem təşəbbüsləri ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün şirkətin rəsmi veb-saytını və sosial media hesablarını izləyə bilərsiniz.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol