Azərbaycan quş əti istehsalını artıracaq

Azərbaycanın sənaye quşçuluğu sektorunda quş əti istehsalının 2015-ci ilə qədər 80 min tona çatacağı gözlənilir.Bu, Ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramında qeyd edilən məqsədlərdən biridir. Lakin keçən il ölkədə cəmi 45,7 min ton quş əti istehsal olunub. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib. Şöbə müdiri bildirib ki, qarşıya qoyulan məqsədə çatmaq istehsalın həcmi 34,3 min ton artırılmalıdır: «Əsas diqqəti quş əti istehsalının artırılmasına yönəltməliyik. Yaxın gələcəkdə isə quş əti istehsalını bütün kateqoriya təsərrüfatlarında 120 min tona çatdırmağı düşünürük». Ç.Fərəcov bu sahənin stimullaşdırılması üçün fermerlərə güzəştli kreditlərin verilməsini də zəruri sayır. Qeyd edək ki, 2012-ci ildə Azərbaycanda 7 quşçuluq fabriki işə salınıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















