• $
  • €
  • ₽
  • ₺
  • £

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda “Money20/20 Middle East” tədbirində təqdim edib
21.09.2026 14:09

 

 

Qafqazda bankçılıq, ödənişlər və e-ticarət sahələri üzrə rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş Bir ekosistemi Azərbaycanda istifadəçilərin gündəlik vərdişlərini rəqəmsallaşdırmaq missiyasını Ər-Riyadda keçirilən “Money20/20 Middle East” tədbirində nümayiş etdirib.

 

Tədbirdə çıxış edən Bir ekosisteminin rəhbəri Fərid Hüseynov Bir-in Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidində oynadığı mühüm rolundan danışıb. O, 5 milyondan çox istifadəçiyə xidmət göstərən Bir ekosisteminin gündəlik maliyyə və istehlak təcrübələrini daha rəqəmsal və əlçatan etməyə yönəlmiş yanaşmasını iştirakçıların diqqətinə çatdırıb. Ağıllı maliyyə institutlarının inkişafı, fintex layihələrinin genişləndirilməsi və rəqəmsal ödənişlərin gələcəyi kimi aktual mövzuların müzakirə olunduğu “Executive”, “Bridge” və “Off-the-Record” səhnələrində çıxış edən Fərid Hüseynov “Google”, “Deutsche Bank” və “BlackRock” kimi qlobal texnologiya və maliyyə nəhənglərinin rəhbərləri ilə fikir mübadiləsi aparıb.

 

Nağd ödəniş ənənələrinin hələ də güclü olduğu bazardakı təcrübəyə əsaslanan Fərid Hüseynov rəqəmsal xidmətlərə etimadın formalaşdırılması və fərqli istifadəçi qruplarının ehtiyaclarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Məhz bu məqsədlə Bir ekosistemi Birbank mobil tətbiqi və m10 rəqəmsal pulqabı kimi xidmətləri, həmçinin müştərilərə hesablarını nağd şəkildə ödəməyə imkan verən Milliön terminalları da daxil olmaqla, geniş fiziki infrastrukturla birləşdirərək istifadəçilərin rəqəmsal mühitə tədricən və rahat keçidini təmin edir. Eyni inklüziv yanaşma yaşlı nəsil və xüsusi qayğıya ehtiyacı olan (məsələn, eşitmə məhdudiyyətli) şəxslərə də şamil edilir: onlara həm tətbiqdaxili əlçatanlıq funksiyaları, həm də filiallarda ənənəvi müştəri dəstəyi təklif olunur.

 

Fərid Hüseynov tədbirlə bağlı təəssüratlarını bölüşərək qeyd edib: “Money20/20 texnologiya və maliyyə sektorunun innovasiyalarına həsr olunmuş ən nüfuzlu qlobal platformalardan biridir. Ər-Riyaddakı panel sessiyalarında Azərbaycanın bu sahədəki böyük potensialını və iqtisadiyyatımızın sürətli rəqəmsallaşma prosesini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq mənim üçün vacib hadisə idi. Rəqəmsal transformasiya alış-verişdən tutmuş ölkədaxili və beynəlxalq pul köçürmələrinə, ictimai nəqliyyatda ödənişlərə qədər geniş bir sahəni əhatə edir. Tədbirdə nümayiş etdirilən yüksək marağı görmək və dünyanın aparıcı texnologiya və maliyyə institutlarından olan həmkarlarla fikir mübadiləsi aparmaq olduqca xoş idi”.

 

Üç gün davam edən və 30 mindən çox iştirakçını bir araya gətirən konfransda quraşdırılmış maliyyə (embedded finance), dəyişən müştəri ehtiyacları, fintex həllərinin qlobal miqyasda tətbiqi və maliyyə xidmətlərində süni intellektdən istifadə kimi sənayenin ən aktual mövzuları müzakirə olunub. Rəqəmsal məkanda böyük inkişaf potensialına malik ölkədə rəqəmsal platformaları uğurla özündə birləşdirən ekosistem qurmağın üstünlüklərini və bu yoldakı çağırışları önə çəkən Bir tədbirdə fərqli yanaşma təqdim edib.

 

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur. 

Daha ətraflı: bir.az  

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol