• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23.09.2026 17:01

Sərfəli mobil operator “Nar” 23 sentyabr – Beynəlxalq İşarət Dilləri Günü ilə əlaqədar “DanceAbility Azerbaijan” tərəfindən həyata keçirilən “Bütün Vücudlar Danışır” sənədli filminin Azərbaycan işarət dilinə tərcümə olunmasına dəstək göstərib. Sənədli filmdə “Bütün Vücudlar Danışır” layihəsinin 2024–2026-cı illərdəki fəaliyyəti və iştirakçıların şəxsi təcrübələri əks olunub. Filmin nümayişi “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CineMastercard” kinoteatrının dəstəyi ilə baş tutub.

Tədbirdə çıxış edən “Nar”ın baş icraçı direktoru Özgür Genc bildirib: “Bu gün nümayiş olunan filmin Azərbaycan işarət dilində təqdim edilməsi inklüzivliyin digər mühüm tərəfi olan əlçatanlığı ön plana çıxarır. Çünki inklüziv cəmiyyət hər kəsin iştirakına şərait yaratmaqla yanaşı, məlumat və mədəniyyətə bərabər çıxışını da təmin etməlidir”. Daha sonra “DanceAbility Azerbaijan”ın rəhbəri Nigar Sultanova və “CineMastercard” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə çıxış edərək, layihənin inklüziv cəmiyyətin formalaşmasında və əlilliyi olan şəxslərin ictimai həyatda bərabər iştirakının dəstəklənməsində əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, “Bütün Vücudlar Danışır” layihəsinin 2025-ci ilin dekabrında başlayan cari mərhələsində 311 nəfər iştirak edib. Onlardan 102-si əlilliyi olan, 209-u isə əlilliyi olmayan şəxslərdir. Təşəbbüs əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təşviq etməklə inklüziv cəmiyyətin gücləndirilməsinə və əlillik mövzusunda ictimai məlumatlılığın artırılmasına yönəlib. Bu məqsədlə rəqs məşğələləri, icma görüşləri, master-klaslar və digər birgə fəaliyyətlər təşkil olunub. Layihədə iştirak etmək istəyən şəxslər qeydiyyat linkivasitəsilə müraciət edə və ya “WhatsApp” üzərindən (+994 77 282 88 80) əlaqə saxlaya bilərlər.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSimtexnologiyası təqdim edir.
 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol