• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır

Azərbaycan coğrafi riskləri infrastruktur layihələri ilə azaldır
01.10.2026 10:58

Açıq dənizə birbaşa çıxışı olmayan Azərbaycan coğrafi həssaslığını minimuma endirmək məqsədilə regional bağlantısallıq (connectivity) və irimiqyaslı nəqliyyat-logistika layihələrinə sərmayə yatırmağı prioritet seçib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov CAMCA Regional Forumunun açılışında çıxış edərkən bildirib.

Nazir qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Bakı Gəmiqayırma Zavodu, eləcə də xaricdəki liman və terminallara, boru kəmərlərinə və fiber-optik xətlərə yatırılan investisiyalar dövlətin şüurlu strateji seçimidir.

"Qlobal iqtisadi artımın Yaxın Şərqdəki böhran fonunda zəiflədiyini, lakin rəqəmsallaşma və süni intellektin yeni tələbat yaratdığını deyən M.Cabbarov UNCTAD məlumatlarına istinadla investorların artıq daha az sayda, lakin iri miqyaslı kapital tutumlu layihələrə yönəlib", - Nazir bildirib.  

Enerji sahəsindəki transformasiyaya toxunan nazir neft və qaz mərhələlərindən sonra eyni alıcılar üçün "yaşıl enerji dəhlizi" layihələrinin icra olunduğunu, bu prosesdə Xəzərin şərq sahilindəki tərəfdaşlarla əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.

Cabbarov həmçinin Cənubi Qafqazın müstəqillik bərpa olunduqdan sonra ilk dəfə olaraq müharibə və ərazi münaqişələrindən tam azad edildiyini və formalaşan davamlı sülhün geniş iqtisadi əməkdaşlıq perspektivləri açdığını qeyd edib.

Aytac Zeynalova 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol